...

Ali məktəblərə müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı açıqlandı

Cəmiyyət Materials 1 Avqust 2013 17:47 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmuş dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin siyahısını açıqlayıb.
Ali məktəblərə müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı açıqlandı

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmuş dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin siyahısını açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, siyahıda 53 abituriyentin adı, iş nömrəsi və qəbul olduğu ixtisas göstərilib. Həmin abituriyentlərdən 3-ü dünya fənn olimpiadalarının, 2-si musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin, 48-i isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti