...

"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2013 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İzzət/

Paytaxtınn "Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin cari ilin payız aylarında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev deyib ki, "Azəryolservis" ASC-in sifarişi ilə "Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin tikintisi sürətlə davam etdirilir. Yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 2470 m nəzərdə tutulan tunellərin eni 8,2-16,5m arasında dəyişəcək. Layihə çərçivəsində tunel kompleksinə 6 tunel, 2 yeraltı keçid, "Gənclik" metro stansiyasının 2 çıxışının tikintisi daxildir.

Ötən müddət ərzində Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 546, eni 16,5 metr olan tunel tamamlanaraq və ölkə başçısının iştirakı ilə açılışı keçirilib. Hazırda 3 tuneldə asfalt-beton örtüyünün alt layının salınması, digər 2 tuneldə döşəmənin betonlanması işləri gedir.

Paralel olaraq tunellərin divarlarının vibrobetonla üzlənməsi və yan yollarda asfaltlanma işləri həyata keçirilir. Bununla yanaşı, layihə üzrə 2 piyada keçidində tikinti işləri başa çatdırılaraq divarların mərmərlə üzlənməsi işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti