...

Fizuli Ələkbərov Göyçayda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 7 Avqust 2013 12:07 (UTC +04:00)
Qəbul zamanı ümumilikdə 100 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.
Fizuli Ələkbərov Göyçayda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 7 avqust / Trend /

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, avqustun 7-də nazir Fizuli Ələkbərov Göyçay rayonunda Ağsu, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Qobustan, Şamaxı, Yevlax, İsmayıllı rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı ümumilikdə 100 nəfərə yaxın sakinin "Açıq qapı" şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.

Nazir Fizuli Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyati qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Göyçay rayonunda keçirilən qəbul haqqında əvvəlcədən KİV-də məlumat verilib, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Onu da bildirək ki, ilin əvvəlindən bu günkü qəbul da daxil olmaqla əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 14 dəfə vətəndaş qəbulu, eyni zamanda bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu həyata keçirilib. Qəbullar nəticəsində ümumilikdə min nəfərdən çox vətəndaşın müraciətləri araşdırılaraq, müvafiq tədbirlər görülüb. Bununla yanaşı, 24 may 2013-cü il tarixdə nazir Fizuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək 250-ə yaxın müraciət cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti