...

İstirahət günündə Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə olacaq

Cəmiyyət Materials 17 Avqust 2013 12:42 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə isti təşkil edəcək.
İstirahət günündə Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə olacaq

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz çənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 21-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcə isti olacağı gözlənilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti