Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İsabalayeva/
Ümumdünya Turizm Təşkilatının (ÜTT ) növbəti görüşünün Azərbaycanda keçirilməsi təklifi müzakirəyə çıxarılıb. Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, bu il avqustun 25-də Zambiyanın Livinqston şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası çərçivəsində Avropa Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
İclas zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyinin təsdiqlənməsi təklifi irəli sürülüb. Həmçinin, iclas iştirakçıları tərəfindən Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan növbəti görüşünün Azərbaycanda keçirilməsi təklifi müzakirə olunub.