Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/
Bu ilin ilk 6 ayı ərzində bələdiyyələrlə bağlı cinayət xarakterli 16 fakt üzrə materiallar prokurorluğa göndərilib.
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə bu gün keçirilən nazirliyin Kollegiya iclasında bildirilib.
İclasda qeyd edilib ki, bu ilin 6 ayında inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb. Bunlardan 1155 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol verən bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb olunublar. Cinayət xarakterli 16 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.