...

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat müddətinin vaxt uzadılıb

Cəmiyyət Materials 29 Avqust 2013 20:40 (UTC +04:00)
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat müddətinin vaxtı uzadılıb.
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat müddətinin vaxt uzadılıb

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat müddətinin vaxtı uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, TQDK ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçmədiyini (29 avqust 2013-cü il saat 17:00-dək) nəzərə alaraq qeydiyyatın son müddətinin 4 sentyabr 2013-cü il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.

Qeyd olunan müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr 2013-cü il saat 17:00-da başa çatacaq və bu müddət uzadılmayacaq.

Xatırladaq ki, abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti