...

Milli domen qeydiyyatçısı .az domeninin online-qeydiyyatını işə salır

Cəmiyyət Materials 2 Sentyabr 2013 12:05 (UTC +04:00)
"İntrans" şirkəti (.az domeninin millli qeydiyyatçısı).az milli domeninin online-qeydiyyatını işə salır.
Milli domen qeydiyyatçısı .az domeninin online-qeydiyyatını işə salır

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir H.Vəliyev/

"İntrans" şirkəti (.az domeninin millli qeydiyyatçısı) .az milli domeninin online-qeydiyyatını işə salır. Bu barədə bazar ertəsi şirkətdən Trend-ə bildirilib.

Şirkətdən bildirilib: "Domenlərin online-qeydiyyatı bu günün ikinci yarısından "online.az" portalı vasitəsi ilə istifadəçilərin xidmətinə veriləcək.".

Layihənin təşəbbüskarı kimi çıxış edən "İntrans" şirkəti tərəfindən hazırlanmış proqram təminatı məsafədən qeydiyyatdan keçməyə imkan verəcək.

Şirkətdən verilən məlumata görə, istifadəçilər domenin (az, biz.az, com.az, edu.az, info.az, int.az, mil.az, name.az, net.az və org.az) sifarişini və domenin dəyərinin ödənişini Online.az saytı vasitəsilə həyata keçirə biləcəklər.

Qeydiyyat üçün ödəniş sistemi kimi "Goldenpay" şirkəti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti