...

Azərbaycanda təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısı alınır

Cəmiyyət Materials 3 Sentyabr 2013 13:39 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi üzrə yanvar-iyul ayları ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 16703 istehlakçıya müvafiq “qüsur aktı” tərtib olunub və itirilmiş təbii qazın bərpası üzrə 33 866 770 kubmetr həcmində dəymiş ziyan hesablanıb.
Azərbaycanda təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısı alınır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi üzrə yanvar-iyul ayları ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 16703 istehlakçıya müvafiq "qüsur aktı" tərtib olunub və itirilmiş təbii qazın bərpası üzrə 33 866 770 kubmetr həcmində dəymiş ziyan hesablanıb. Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumatda deyilir. Dəymiş ziyanın məbləği 3 386 677 manat təşkil edir.

Məlumata görə, yanvar-iyul ayları ərzində 1440 qeyri-əhali istehlakçısı abonent bazasında yeni qeydiyyata alınıb.

Bu dövrdə əhali və qeyri-əhali abonentlərinin qaz sayğaclarının texniki vəziyyəti haqqında verilmiş 7064 ədəd rəyin icrası ilə bağlı tədbirlər görülüb, o cümlədən 1896 abonentə itirilmiş təbii qazın bərpası ilə əlaqədar dəymiş ziyan hesablanıb, 3604 sayğac yararsız olduğuna görə müvafiq qaydada əvəzlənməsi barədə Qaz İstismarı sahələrinə yazılı tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti