...

Bakı Bulvarı tamamilə Wi-Fi şəbəkəsi ilə əhatə olunacaq

Cəmiyyət Materials 3 Sentyabr 2013 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Vəliyev/

Bakı Bulvarı tamamilə simsiz Wi-Fi şəbəkəsi ilə əhatə olunacaq. Bu barədə Trend-ə Dənizkənarı Milli Park İdarəsindən bildirilib.

İdarədən verilən məlumatda deyilir ki, hazırda giriş nöqtələrinin qurulması üzərində işlər aparılır. Hazırda Dənizkənarı Milli Parkda quraşdırılan Wi-Fi nöqtələrinin sayı 30 ədədi keçir.

Simsiz giriş xidmətini 2013-cü ilin sonuna kimi istifadəyə vermək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti