...

"Mənim Prezidentim" kampaniyası genişlənir

Cəmiyyət Materials 4 Sentyabr 2013 15:36 (UTC +04:00)
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın "Jumeirah Bilgah Beach Hotel"də ("Equinox Beach Club") keçirilən konsertində biləklərə bağlanmış qırmızı lentlər hamının diqqətini çəkib.
"Mənim Prezidentim" kampaniyası genişlənir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın "Jumeirah Bilgah Beach Hotel"də ("Equinox Beach Club") keçirilən konsertində biləklərə bağlanmış qırmızı lentlər hamının diqqətini çəkib.

Qonaqların böyük marağına səbəb olan bu lentlərin nə məna daşıdığına əməkdar artist özü səhnədən aydınlıq gətirib. Məlum olub ki, qırmızı lentlər Gənclərin Təşəbbüs Qrupunun irəli sürdüyü "Mənim Prezidentim" ümumrespublika kampaniyasının rəmzidir. Tünzalə Ağayeva "Mənim Prezidentim" kampaniyasına dəstək olduğunu açıqlayıb və bütün gəncləri bu kampaniyaya qoşulmağa çağırıb.

Elə konsert zamanı bir çox tamaşaçı biləklərinə qırmızı lentlər bağlayaraq bu kampaniyaya qoşulduqlarını rəqs edərək bayram ediblər.

"Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun üzvü Seymur Hüseynovun sözlərinə görə, istənilən gənc bu kampaniyada iştirak edə bilər. Bunun üçün sadəcə fb.com/mypresident.az səhifəsini bəyənmək və www.mp2013.az səhifəsi vasitəsilə əlaqə vasitələrini bölüşmək lazımdır.

Qeyd edək ki, "Mənim Prezidentim" ümumrespublika kampaniyası qısa müddətdə böyük populyarlıq qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti