Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/
"Mənim Prezidentim" himnini bu gündən etibarən sosial şəbəkələrdə və Azərbaycanının bütün radiolarında dinləmək mümkündür. Bu barədə Trend-ə "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupundan bildiriblər.
Azərbaycanının əməkdar artisti Tünzalə Ağayevanın ifa etdiyi "Mənim Prezidentim" musiqi parçasının sözlərinin müəllifi İsmayıl Dadaşov, bəstəkarı isə Tünzalə xanım özüdür. Musiqi parçası "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu ilə eyni ad daşıyır və təşəbbüs qrupunun himninə çevrilib.
Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu Azərbaycan Prezidenti, cənab İlham Əliyevin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə fb.com/mypresident.az səhifəsində tanış olmaq olar. Kampaniyaya qoşulmaq üçün isə www.mp2013.az səhifəsinə daxil olmaq lazımdır.