...

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir

Cəmiyyət Materials 13 Sentyabr 2013 13:20 (UTC +04:00)
Bakı Metropolitenindən Trend-ə bildiriblər ki, yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqədir. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir.
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 16-dan Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinə keçilib.

Bakı Metropolitenindən Trend-ə bildiriblər ki, yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval pik saatlarda 2 dəqiqədir. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir.

Günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edir. Həmin vaxtlarda "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni 5-6 dəqiqə təşkil edir.

"Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil-N.Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkət müddəti bəzi hallarda daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə şənbə və bazar günlərində qatarların "Bakmil-Nərimanov" və əks istiqamətdə hərəkətində cüzi dəyişiklər edildiyi üçün şənbə və bazar günlərinin hərəkət cədvəli ayrı-ayrılıqda təqdim olunur.

Yeni qrafikinin müddəti 2014-cü il ilin iyul ayına qədərdir.

Sərnişinlərin marağını nəzərə alaraq, "Nərimanov" stansiyasından "Bakmil" stansiyasına və əks istiqamətdə, yeni qrafik üzrə qatarların hərəkət cədvəli sentyabrın 16-dan metro.gov.az saytının xüsusi banner-bölməsində dərc olunacaq.

Sərnişinlər hər hansısa stansiyadan qatarların "Bakmil" stansiyası istiqamətində hərəkət vaxtını müəyyənləşdirmək üçün saytımızda (metro.gov.az) xüsusi banner-bölmədə yerləşdirilmiş interaktiv xəritədən istifadə etməklə müəyyən edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti