...

Bakıda istirahət günü gəzməli hava olacaq

Cəmiyyət Materials 14 Sentyabr 2013 11:52 (UTC +04:00)
Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək.
Bakıda istirahət günü gəzməli hava olacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15 metr olacaq.

Havanın temperaturunun gecə 18-22, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 15-də hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 16-da bəzi yerlərdə axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti