...

Azərbaycan dilinin tədrisi üzrə kurs keçən Cek Anderson ABŞ-ın mətbu orqanında öz təəssüratları barədə yazıb

Cəmiyyət Materials 18 Sentyabr 2013 12:05 (UTC +04:00)
Bu il iyunun 13-dən avqustun 7-dək Önəmli Dil Təqaüdü (ÖDT) proqramı çərçivəsində Azərbaycan Dillər Universitetində Azərbaycan dilinin tədrisi üzrə kurs keçən Cek Anderson Azərbaycanda keçirdiyi günlərini, o cümlədən bu müddətdə bir çox akademik və mədəni fəaliyyətlərini əks etdirən təəssüratlarını öz ölkəsinin mətbu orqanında bölüşüb.
Azərbaycan dilinin tədrisi üzrə kurs keçən Cek Anderson ABŞ-ın mətbu orqanında öz təəssüratları barədə yazıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il iyunun 13-dən avqustun 7-dək Önəmli Dil Təqaüdü (ÖDT) proqramı çərçivəsində Azərbaycan Dillər Universitetində Azərbaycan dilinin tədrisi üzrə kurs keçən Cek Anderson Azərbaycanda keçirdiyi günlərini, o cümlədən bu müddətdə bir çox akademik və mədəni fəaliyyətlərini əks etdirən təəssüratlarını öz ölkəsinin mətbu orqanında bölüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, "Vaşinqton və Li Universitetinin tələbələri bu ilin yayında Azərbaycan dilini öyrəndilər" sərlövhəli yazı http://readme.readmedia.com/W-L-Student-Learns-Azerbaijani-This-Past-Summer/7274141 saytda öz əksini tapıb.

Yazıda qeyd olunur ki, Cek Anderson Nyu-Yorkun Babilon şəhərində yaşayır. O, Vaşinqton və Li Universitetinin ikinci kurs tələbəsidir. ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü proqramına qəbul olmuş və Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Azərbaycan Dillər Universitetində təhsil almış 7 tələbədən biridir.

Mənbə yazır ki, Cek Anderson Azərbaycanda ADU-nun iki aylıq intensiv tədris müddətində bacarıqlı müəllimləri - Səbinə Əliyeva və Fialə Abdullayevanın böyük səyləri nəticəsində Azərbaycanın təhsil sistemi haqqında ətraflı biliyə yiyələnib.

Qeyd olunur ki, türk dili ilə sıx bağlılığı olan Azərbaycan dili Azərbaycanın rəsmi dövlət dilidir. İran və Rusiya da daxil olmaqla, başqa ölkələrdə yaşayan milyonlarla azərbaycanlı da bu dildə danışır.

Cek Anderson bildirib: "ÖDT proqramı ABŞ-ın Önəmli Xarici Dilin öyrənilməsi və mənimsənilməsində amerikalı tələbələrin sayının kəskin artması istiqamətində göstərilən səylərin bir hissəsidir. İştirakçıların təqaüd proqramı müddətində öz dil biliklərini davam etdirmək və daha sonra öz dil bacarıqlarını gələcək peşəkar karyeralarında tətbiq etmək şansları yaranır".

Keçmiş sovet respublikası olan Azərbaycanın Qafqazda regional liderliyi əldə etdiyini və Avropaya əhəmiyyətli enerji ixracı edən ölkə olduğunu vurğulayan C. Anderson bildirib: "Qafqaz regionu məni özünün nadir geosiyasi şəraiti ilə heyran etdi. Ümid edirəm ki, Azərbaycan dilini mənimsəməyim mənim üçün Qafqaz regionunda yenidən təhsil almaq imkanı yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti