...

"ASAN xidmət"lərdən yararlanmış vətəndaşların sayı yarım milyona çatdı (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2013 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Bu gün "ASAN xidmət"lərdən yararlanmış 500 000-ci vətəndaş müəyyən edilib.

Xidmətdən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər sakini Əflatun Hüseynxanlı Sumqayıt "ASAN xidmət" mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Ə.Hüseynxanlı ona və ailə üzvlərinə "ASAN xidmət" mərkəzində göstərilmiş yüksək xidmətdən razı qalıb və 500 000-ci vətəndaş olduğundan sevinc hissi duyduğunu bildirib.

Xatırladaq ki, hazırda 4 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 3-ü Bakı, digəri isə Sumqayıt şəhərindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti