...

BMT Baş katibi Ümumdünya Turizm Günü münasibəti ilə müraciət yayıb

Cəmiyyət Materials 27 Sentyabr 2013 10:28 (UTC +04:00)
BMT Baş katibi Pan Gi Mun 27 sentyabr Ümumdünya Turizm Günü münasibəti ilə müraciət yayıb.
BMT Baş katibi Ümumdünya Turizm Günü münasibəti ilə müraciət yayıb

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend, müxbir S.Əhmədova/

BMT Baş katibi Pan Gi Mun 27 sentyabr Ümumdünya Turizm Günü münasibəti ilə müraciət yayıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən Trend-ə verilən məlumata görə, Pan Gi Mun müraciətində qeyd edib ki, builki Ümumdünya Turizm Günü israfçılıq və iqlim dəyişikliyinin dünya su ehtiyatlarına təhlükə yaratdığı bir zamanda, suyun mühafizəsi və intellektual idarəçiliyində turizm sənayesinin payını vurğulayır.

Pan Gi Mun bildirib: "Mən, bu Su Əməkdaşlığının Beynəlxalq İlində turizm müəssisələrini israfçılığı azaltmaq və tullantı idarəçiliyini təkmilləşdirməyə səsləyir, eləcə də turistlərin bu işə töhfə verməsi üçün ekoloji əsaslı qərarlar verməyə çağırıram".

BMT Baş katibinin sözlərinə görə, suya qənaət etməklə, biz istədiyimiz gələcəyin qurulmasına kömək edə bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti