Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Cəfərov/
Tehran polisi İranın Qərb bölgəsindən qaçaq yolla paytaxta gətirilmiş 100 ton dərman preparatları aşkarlayıb.
Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, müsadirə olunmuş dərmanların çox hissəsi qadağan olunmuş və cinsi aktivliyi artırmaq məqsədi ilə istifadə olunan preparatlardır.