Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/
Milli Məclisinin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Әhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinə əlavələr layihəsi müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, səhiyyə sahəsində cərimələrdən gələn gəlirlərin 25 faizi həkimlərin məvaciblərinə əlavə olunacaq.
Komitənin sədri H. Rəcəbli bildirib ki, layihəyə dəyişiklik tibb sahəsində çalışanların sosial maddi rifahının gücləndirilməsinə xidmət edir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.