...

İrandan Həcc ziyarətinə gedən zəvvarlardan dördü vəfat edib

Cəmiyyət Materials 2 Oktyabr 2013 15:39 (UTC +04:00)
İrandan Həcc ziyarətinə yollanmış zəvvarlardan dördü vəfat edib. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının Məkkə şəhəri üzrə qərargahının rəhbəri Məsud Mücərrədi deyib.
İrandan Həcc ziyarətinə gedən zəvvarlardan dördü vəfat edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir T.Cəfərov/

İrandan Həcc ziyarətinə yollanmış zəvvarlardan dördü vəfat edib. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının Məkkə şəhəri üzrə qərargahının rəhbəri Məsud Mücərrədi deyib.

M.Mücərrədi bildirib ki, vəfat etmiş şəxslərin yaşı 60-dan yuxarı olub. Onlardan üçü kişi, biri isə qadın olub: "Vəfat etmiş şəxslərdən üçünün meyiti İrana gətiriləcək, biri isə Məkkədə dəfn olunacaq".

Onun sözlərinə görə, bu il Həcc ziyarətinə yollanacaq zəvvarların yarısı artıq Məkkə şəhərinə gəlib və onların sayı 35 min nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti