...

Azərbaycanda gənc fəlsəfə doktorlarının sayı artır

Cəmiyyət Materials 3 Oktyabr 2013 10:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Artıq Azərbaycanda gənc fəlsəfə doktorlarının sayı artmaqdadır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilir.

O qeyd edib ki, son illər Azərbaycanda gənclərin elmə xüsusi marağı yaranıb. "Təhsil haqqında" qanun qəbul olunduqdan sonra AMEA-da mindən artıq gəncin doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı kadr hazırlığına start verilib.

AMEA prezidentinin sözlərinə görə, Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var. Azərbaycanın digər sahələrdə olduğu kimi, elm sahəsində də tez bir zamanda qloballaşan dünyanın elm mərkəzlərindən birinə, bölgəsinin isə liderinə çevrilməsi üçün respublikanın alimləri bütün imkanlarını səfərbər edərək strateji məqsədləri həyata keçirmək əzmindədirlər.

A.Əlizadə AMEA-da müasir dövrün reallıqlarından irəli gələn islahatların yeni mərhələsinə start verildiyini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti