...

Baş prokurorluq Vergilər Nazirliyinin daha çox korrupsiyaya uğramış sahə olması ilə bağlı yayılan məlumatları təkzib edib

Cəmiyyət Materials 3 Oktyabr 2013 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabrın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransı zamanı bəzi kütləvi informasiya vasitələri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev tərəfindən korrupsiyaya daha çox uğramış sahələr arasında guya Vergilər Nazirliyinin qeyd olunması barədə həqiqətəuyğun olmayan məlumatlar yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir:

"Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla bağlı bildiririk ki, mətbuat konfransı zamanı Vergilər Nazirliyinin daha çox korrupsiyaya uğramış sahə kimi qeyd olunması barədə idarə rəisi K.Əliyev tərəfindən hər hansı ifadə işlədilməyib.

Göstərilənlərlə yanaşı bildiririk ki, bütün fəaliyyətini avtomatlaşdırılmış sistemlər üzərində quran Vergilər Nazirliyinin strukturları sahibkarlara 57 növ elektron xidmət göstərməklə antikorrupsiya sahəsində prokurorluq orqanları ilə ən sıx əməkdaşlıq edən qurumdur və 30 aprel 2009-cu il tarixdə Baş Prokurorluqla Vergilər Nazirliyi arasında "Korrupsiya ilə mübarizə sahəsində prokurorluq və vergi orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında" birgə əmr imzalanıb və bu istiqamətdə birgə səmərəli əməkdaşlıq davam etdirilir.

Bundan başqa, 2013-cü ilin 9 ayı ərzində Vergilər Nazirliyinin əməkdaşlarının korrupsiya huquqpozmalarına yol vermələri barədə "161-Qaynar xətt" əlaqə mərkəzinə heç bir məlumat daxil olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti