Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda sabah mülayim, əlverişli, nisbətən sabit hava şəraiti müşahidə ediləcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Zəif və mülayim külək əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə yüksələcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun səhər saatlarında 12-15 dərəcə isti, gündüz 15-19 dərəcə isti, axşam yenidən 12-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın əksər rayonlarında oktyabrın 9-da hava əsasən yağmursuz olacaq. Bəzi şərq rayonlarında səhər saatlarında duman, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gündüz 15-20, gecə 12-17 dərəcə isti olacaq.