Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Oktyabrın 9-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin bu sayında oxucular Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri, Mərkəzi Bankın Azərbaycan valyutasının regionun sabit və etibarlı valyuta olması haqqında bəyanatı, Ankarada TÜRKSOY-un 20 illiyinə həsr edilən tədbirlər, Bakıda "İşğal altında-Ağdam" kompüter oyunun təqdimatı, azərbaycanlı "maqnit" adamın Ginnesin Rekordlar kitabına daxil olması, amerikalı caz ifaçılarının Heydər Əliyev Sarayında təşkil olunacaq konserti və digər maraqlı məqalələrlə tanış ola bilərlər.
Yeni sayda AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvik isə oxuculara çəki məşqləri zamanı qidalanma məsləhətləri təqdim edəcək.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.