...

İstirahət günü Azərbaycanda "piknik"ə getmək istəyənlərin nəzərinə

Cəmiyyət Materials 12 Oktyabr 2013 09:53 (UTC +04:00)
Sabah Azərbaycanda nisbətən sabit hava şəraiti davam edəcək.
İstirahət günü Azərbaycanda "piknik"ə getmək istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda nisbətən sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti gündüz arabir 16 m/s-dək artacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-13, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 13-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 13-dən 14-ə keçən gecə şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti