Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Hər gün orta olaraq bir qətl hadisəsinin baş verdiyi Los Anceles şəhərində son 9 gündür hər hansı cinayət törədilməyib.
Trend-in məlumatına görə, ABŞ-ın Los Anceles şəhər polisinin açıqlamasına görə, 2000-ci ildən etibarən şəhərdə bir cinayət hadisəsinin belə baş vermədiyi ən uzun dönəm 2010-cu il 30 avqust - 8 sentyabr tarixləri arasındakı 10 günlük dövrdür.
Şəhərdə bu il törədilən cinayət hallarının ötən illə müqayisədə azaldığı bildirilir.
Los Ancelesdə sonuncu dəfə 2012-ci il 6-13 mart tarixləri arasında hər hansı cinayət hadisəsi yaşanmamışdı.