Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Oktyabrın 24-də Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.
Trend-ə cümə günü daxil olan məlumata görə, İsmayıllı şəhərində yerləşən ofisində seçiciləri fərdi qaydada qəbul edən millət vəkili onların problemləri ilə maraqlanıb. Edilən müraciətlər əsasən sosial yönümlü olub. Bəzi məsələlər yerindəcə həll edilib. Digər problemlər barədə əlaqədar qurumlara müraciət ediləcəyi bildirilib.