...

Təhsil naziri: Ali məktəblərə muxtariyyətin verilməsi məzunların bilik səviyyəsinin artırılmasına xidmət edəcək

Cəmiyyət Materials 25 Oktyabr 2013 12:53 (UTC +04:00)
Ali məktəblərə muxtariyyətin verilməsi məzunların bilik səviyyəsinin və bacarıqlarının artırılmasına xidmət edəcək. Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Təhsil naziri: Ali məktəblərə muxtariyyətin verilməsi məzunların bilik səviyyəsinin artırılmasına xidmət edəcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ali məktəblərə muxtariyyətin verilməsi məzunların bilik səviyyəsinin və bacarıqlarının artırılmasına xidmət edəcək. Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsinə münasibət bildirərkən nazir deyib ki, artıq bir sıra məsələlərdə ali məktəblərə muxtariyyət verilib.

Nazir qeyd edib ki, muxtariyyətin verilməsi hesabatlılığın azaldılması deyil, çoxaldılması deməkdir: "Bu prizmadan aparıcı təhsil sistemlərinin uğurlu təcrübəsini yaxından öyrənməliyik. Ali məktəblərə muxtariyyətin veilməsi mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələrinin idarəetmə modellərinin təkmilləşdirilməsi, onların fəaliyyətinin şəffaflığının və səmərəliliyinin təmin edilməsi, ali təhsil müəssisələrinin tədris proseslərinin keyfiyyətinin yüksəldilməsi hesabına məzunlarımızın bilik səviyyəsinin,peşəkar bilik və kompetensiyalarınn artırılmasına xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti