...

Azərbaycanda sərin hava şəraiti davam edəcək, bəzi ərazilərdə yağış yağacaq

Cəmiyyət Materials 25 Oktyabr 2013 12:58 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-11, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanda sərin hava şəraiti davam edəcək, bəzi ərazilərdə yağış yağacaq

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində şənbə günü hava şəraiti nisbətən sərin keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-11, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına oktyabrın 26-da əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran, Astara zonasında yağıntının intensiv olacağı ehtimalı var, zəif şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 6-11, gündüz 17-22 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti