...

Azərbaycanda müxtəlif növ yeni uşaq bağçaları yaradılacaq

Cəmiyyət Materials 30 Oktyabr 2013 17:18 (UTC +04:00)
Azərbaycanda müxtəlif növ yeni bağçalar yaradılacaq. Trend-in məlumatına görə, bu, Milli Məclisə daxil olan, 2014-2017-ci illəri əhatə edən ortamüddətli iqtisadi-sosial inkişaf konsepsiyası layihəsində öz əksini tapıb.
Azərbaycanda müxtəlif növ yeni uşaq bağçaları yaradılacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müxtəlif növ yeni uşaq bağçaları yaradılacaq. Trend-in məlumatına görə, bu, Milli Məclisə daxil olan, 2014-2017-ci illəri əhatə edən ortamüddətli iqtisadi-sosial inkişaf konsepsiyası layihəsində öz əksini tapıb.

Konsepsiya layihəsinə əsasən, dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, onların şərait və təchizatının yaxşılaşdırılması ilə yanaşı, müxtəlif mülkiyyət formasına aid olan məktəbəqədər təhsil müəssisələrinin - bələdiyyə, icma, özəl və ailə bağçalarının yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, 2017-ci ilədək Azərbaycanda məktəbəqədər təhsil xidmətlərinin keyfiyyətinin monitorinqi və qiymətləndirmə sistemi yaradılacaq. Məktəbəqədər təhsil müəssisələri İKT avadanlığı ilə təmin ediləcək, pedaqoji heyət üçün İKT üzrə təlim təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti