...

Gəncəyə məxsus suvenirlərin satış məntəqəsi yaradılacaq

Cəmiyyət Materials 4 Noyabr 2013 16:29 (UTC +04:00)
Gəncəyə məxsus suvenirlərin satış məntəqəsi yaradılacaq. Bu barədə Trend Kəpəz TV-yə istinadən məlumat verir.
Gəncəyə məxsus suvenirlərin satış məntəqəsi yaradılacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Gəncəyə məxsus suvenirlərin satış məntəqəsi yaradılacaq. Bu barədə Trend Kəpəz TV-yə istinadən məlumat verir.

Son zamanlar Gəncədə keçirilən beynəlxalq tədbirlər şəhərin dünyada qədim mədəniyyət və incəsənət ocağı kimi tanınmasına müsbət təsir göstərir. Bu, şəhərə gələn gələn xarici turistlərin sayını da xeyli artırıb. Lakin qonaqların Gəncəyə məxsus suvenirlər ala biləcəyi satış məntəqələrinin azlığı problemi var.

AMEA-nın Gəncə bölməsindən verilən məlumata görə, yaxın zamanlarda şəhərdə açılan yeni muzeylərin birində belə suvenirlərin satış məntəqəsi yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti