...

Azərbaycanda gənclər üçün "Workshop" öz işinə başlayır

Cəmiyyət Materials 4 Noyabr 2013 17:07 (UTC +04:00)
Noyabrın 9-da Bakıda “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə gənclər üçün "Workshop" öz işinə başlayır.
Azərbaycanda gənclər üçün "Workshop" öz işinə başlayır

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Noyabrın 9-da Bakıda "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə gənclər üçün "Workshop" öz işinə başlayır. "Workshop" Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası və Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Fonddan Trend-ə verilən məlumata görə, üç gün ərzində davam edəcək "Workshop" müddətində gənclərə intellektual mədəniyyət, bilik menecmenti, idarəetmə mədəniyyəti, intellektual kapital, sosial-mədəni inkişaf siyasəti, biliklərə əsaslanan iqtisadiyyat, intellektual inkişaf məsələləri üzrə beynəlxalq təcrübə problemləri üzrə peşəkar biliklər veriləcək, gələcəyin inkişaf ssenarilərinin yaradılması üçün video-prezentasiyalar, simulyasiya oyunları, master-klasslar və işgüzar oyunlar həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə oktyabr ayında start verilən "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə gənclər üçün "Workshop" layihəsi çərçivəsində artıq "Kulturoloji layihələrin idarə olunması", "Kulturologiya və milli inkişaf" mövzularında seminar-treninqlər keçirilib, gənc yazarların özünüifadəsi üçün kulturoloji daycestlər nəşr olunub.

Uğurla davam edən layihə dekabr ayında başa çatacaq. Dekabrda təşkil olunacaq yekun hesabat-konfransda isə "Akkulturasiya" kitabının təqdimatı da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti