...

Bu il dəm qazından zəhərlənmiş 336 nəfər xəstəxanaya müraciət edib

Cəmiyyət Materials 8 Noyabr 2013 17:20 (UTC +04:00)
Bu il ərzində Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 336 nəfər müraciət edib.
Bu il dəm qazından zəhərlənmiş 336 nəfər xəstəxanaya müraciət edib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il ərzində Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 336 nəfər müraciət edib.

Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, bu ilin yanvar-sentyabr aylarında dəm qazından zəhərlənmə ilə əlaqədar 316 nəfər müraciət edib. Oktyabr ayında dəm qazından zəhərlənmiş 16, noyabrda isə 4 nəfər xəstəxanaya yerləşdirilib:

"Bu il ərzində xəstəxanaya yerləşdirilmiş xəstələrdən 2 nəfər dəm qazından zəhərləndiyi üçün dünyasını dəyişib. Həmin xəstələr xəstəxanaya gec catdırıldığından onların həyatını xilas etmək mümkün olmayıb".

Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov bildirib ki, ötən il 450 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mərkəzin şöbə müdiri onu da əlavə edib ki, bu il oktyabrda ilan sancması nəticəsində 8, noyabrda isə 3 nəfər zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti