...

Bakıda "Qadınların yüksəlişi" filminin nümayişi olub

Cəmiyyət Materials 15 Noyabr 2013 20:52 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi və IREX-in (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) birgə təşkilatçılığı ilə Bakıda "Qadınların yüksəlişi" adlı film nümayiş olunub.
Bakıda "Qadınların yüksəlişi" filminin nümayişi olub

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir S.Əhmədova/

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi və IREX-in (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) birgə təşkilatçılığı ilə Bakıda "Qadınların yüksəlişi" adlı film nümayiş olunub.

Trend-in məlumatına görə, filmin nümayişindən öncə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qeyd edib ki, bu filmdə əsas ismarış hər bir gənc xanıma özünün bütün potensialını gerçəkləşdirmək imkanı verilməsinin əhəmiyyətini vurğulamaqdır: "ABŞ dünyanın hər bir yerində qadınların hüquqlarının təmin olunması işini fəal şəkildə dəstəkləyir".

"Qadınların yüksəlişi" ruhlandırıcı bir film olaraq, doqquz fərqli ölkədən olan qeyri-adi qızların həyatından bəhs edir. Filmin rejissoru Akademiya mükafatı almış Riçard Robinzdir. Film insan ruhunun, həmçinin təhsilin dünyanı necə dəyişdiyini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti