...

DİN: Ruhi Psixiatriya Xəstəxanasından qaçanlar müxtəlif cinayətlərdə təqsirləndirilirlər

Cəmiyyət Materials 16 Noyabr 2013 12:39 (UTC +04:00)
Maştağa qəsəbəsində yerləşən Ruhi Psixiatriya Xəstəxanasından qaçmış dörd təqsirləndirilən şəxslərin tutulması üçün müvafiq tədbirlər görülür.
DİN: Ruhi Psixiatriya Xəstəxanasından qaçanlar müxtəlif cinayətlərdə təqsirləndirilirlər

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Maştağa qəsəbəsində yerləşən Ruhi Psixiatriya Xəstəxanasından qaçmış dörd təqsirləndirilən şəxslərin tutulması üçün müvafiq tədbirlər görülür.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçmışlar.

Onların tutulması üçün müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti