...

Azərbaycanda uşaqlar üçün yeni peyvəndin tətbiq edilmə vaxtı açıqlanıb

Cəmiyyət Materials 18 Noyabr 2013 13:53 (UTC +04:00)
Azərbaycanda uşaqlar üçün yeni peyvındin tətbiq edilmə vaxtı açıqlanıb.
Azərbaycanda uşaqlar üçün yeni peyvəndin tətbiq edilmə vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda uşaqlar üçün yeni peyvəndin tətbiq edilmə vaxtı açıqlanıb. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən, dekabrın 1-dən Azərbaycanda uşaqların pnevmakok əleyhinə immunizasiyasına başlanacaq.

Bu peyvənd ilkin mərhələdə 2 aylıq uşaqlara vurulacaq.

Pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə 2, 4 və 6 aylığında vurulacaq.

Qeyd edək ki, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, bu gün Azərbaycanda uşaqlar arasında rast gəlinən xəstəliklər sırasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir. Bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi əhəmiyyətli dərəcədə azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti