...

“Şəfa” stadionunun qarşısındakı avtomobil tuneli və yeraltı piyada keçidində görülən son işlər açıqlandı (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2013 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda H.Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, "Şəfa" stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə üzrə tunelin uzunluğu 940 metr, eni isə 16 metrdir. 4 hərəkət zolağından ibarət olacaq tunelin hazırda istinad divarlarının naxışlı beton plitələrlə üzlənməsi, qapalı boyunun üst hissəsində tirlərin döşənməsi və yan yollara səki düzələrək asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri gedir.

Sözügedən ərazidə tikintisi həyata keçirilən piyada keçidinin uzunluğu 105 metr, eni 16 metr, hündürlüyü isə 3 metr nəzərdə tutulub. 4 giriş-çıxışı olacaq keçiddə eskalatorların quraşdırılması və bəzək işləri aparılır. Ümumilikdə, layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, 5-ci köndələn küçəsinə və hava limanına heç bir maneəsiz gedə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti