...

“Azeri Retail” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 23 Noyabr 2013 13:09 (UTC +04:00)
“Azeri Retail” MMC-nin “Səbət” marketlər şəbəkəsində yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
“Azeri Retail” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İzzət/

"Azeri Retail" MMC-nin "Səbət" marketlər şəbəkəsində yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Trend-in məlumatına görə, araşdırmalar zamanı cəmiyyətin "Səbət" marketlər şəbəkəsinin müdiri vəzifəsində işləmiş Seymur Məmmədov və Rac Heydərovun həmin vəzifədə işlədikləri müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətlərinə verilmiş malların satışından əldə edilən 102.973 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti