...

Bahar Muradova: Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün ciddi addımlar atacaq

Cəmiyyət Materials 11 Dekabr 2013 14:02 (UTC +04:00)
Azərbaycanda yanacağın qiymətlərinin artımından sonrakı dövrdə ölkədə heç bir sosial partlayış gözlənilmir. Bu barədə Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Bahar Muradova: Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün ciddi addımlar atacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda yanacağın qiymətlərinin artımından sonrakı dövrdə ölkədə heç bir sosial partlayış gözlənilmir. Bu barədə Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spikerin sözlərinə görə, hökumət nə etməli olduğunu çox gözəl bilir və zaman-zaman bunu sübut da edib: "Bizi belə hadisələr ərəfəsində və ya belə hallar baş verdikdən sonra sosial partlayışın və ya gərginliyin olacağı ilə qorxutmağa və ictimaiyyəti çaşdırmağa çox çalışıblar. Amma bütün bunlar heç zaman təsdiqini tapmayıb".

B.Muradova qeyd edib ki, Azərbaycan çox böyük sürətlə və dinamik şəkildə inkişaf edən ölkədir. Azərbaycan iqtisadiyyatı artıq dünya iqtisadiyyatının təkib hissəsi, bir parçasıdır. Ona görə də dünyada gedən proseslərdən kənarda qalmaq mümkün deyil və gedən tendensiyaları da mütləq nəzərə almaq lazımdır: "Biz qapalı dövlət deyilik, açıq dövlətik. Ona görə də qiymət artımı, istərsə də qiymət artımından sonra yarana biləcək proseslərin qarşısının alınması, ehtiyacı olan təbəqələrin maraqlarının nəzərə alınması ilə bağlı Azərbaycan hökuməti hər zaman mütərəqqi addımlarını atıb və prosesləri həm önləmək, həm də nəticələrinin daha zərərsiz keçməsi üçün lazım olan siyasəti yeridə bilib. Mən öz hökumətimizə inanıram və hər bir Azərbaycan vətəndaşına söyləmək istəyirəm ki, heç nədən narahat olmayın. Heç bir sosial partlayış, heç bir gərginlik gözlənilmir. Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün də çox ciddi addımlar atacaq və siz bunları qarşıdakı dönəmlərdə görəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti