...

FHN-nin əməkdaşları xidməti mənzillərlə təmin olunub

Cəmiyyət Materials 17 Dekabr 2013 16:57 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına xidməti mənzillərin açarları təqdim olunub.
FHN-nin əməkdaşları xidməti mənzillərlə təmin olunub

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına xidməti mənzillərin açarları təqdim olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 17-də Bakının Qaradağ rayonu Səngəçal qəsəbəsində inşa olunan hər biri 2 bloklu, 80 mənzilli, 5 mərtəbəli 2 yaşayış binasında Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Aviasiya Dəstəsinin zabit və gizir heyəti, müddətdən artıq hərbi qulluqçuları xidməti mənzillərlə təmin olunub.

Binaya su, qaz, işıq xəttləri çəkilib, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Müasir standarlara cavab verən təmirli mənzillər bütün lazımi avadanlıqlarla, mebel dəstləri ilə təchiz olunub. Binanın həyətində sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada 100 kubmetrlik su tutumu olan 2 ədəd su çəni inşa olunub, yarımstansiya quraşdırılıb, yol çəkilib, ərazi hasara alınıb. Yeni mənzillərin açarlarını hərbçilərə təqdim edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general - leytenant Faiq Tağı-zadə mənzillərdə yaradılan şəraitlə tanış olub. Nazirlik əməkdaşlarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti