Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir H.Vəliyev/
Dekabrın 19-da səhər Bakı Metropolitenində Surətin Avtomatik Tənzimləmə Sisteminin proqram təminatında yaranan problemlər qatarların hərəkətində müşahidə olunan problemə səbəb olub. Bu barədə Trend-ə Bakı Metropolitenindən bildirilib.
Metropolitendən qeyd edilib ki, təlimata görə, sərnişinlərin nasaz qatara mindirilməsi qəti qadağandır: "Nasazlıq nəticəsində əyləc sistemi avtomatik işə düşüb. Qatar təcili depoya göndərilib. Hazırda qatarların hərəkətindəki problem tam şəkildə aradan qaldırılıb və metro ştat rejimində çalışır".
Qeyd edək ki, bu gün səhər saat 8:00 radələrində metroda qatarların hərəkətində ləngimələr olub. Həm "Dərnəgül", həm də "Həzi Aslanov" istiqamətində qatarlar təxminən 20-30 dəqiqəlik gecikmə ilə gəlib.