...

"Azəriqaz" işçi qəbulu elan edir

Cəmiyyət Materials 20 Dekabr 2013 12:23 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi Balakən (17 vakant yer) və Lənkəran (17 vakant yer) qaz istismarı sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.
"Azəriqaz" işçi qəbulu elan edir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi Balakən (17 vakant yer) və Lənkəran (17 vakant yer) qaz istismarı sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, namizədlər həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dan yuxarı olmamalı, fiziki cəhətdən sağlam, insanlarla xoş ünsiyyət yarada bilən, iradəli, nizam-intizamlı, çevik olmalıdır.

Sənədlərin qəbulu 23 dekabr 2013-cü il tarixdə saat 14:00-dan 19:00-dək, 24 dekabr 2013-cü il tarixdə isə saat 09:00-dan 19:00-dək Balakən qaz istismarı Sahəsində (ünvan: Balakən şəhəri, Səttar Gözəlov küçəsi 2) və Lənkəran qaz istismarı Sahəsində ( Lənkəran şəhəri, Şəhidlər xiyabanı 169) aparılacaq.

Əlaqə telefonu: 012-521-22-61 (Birliyin Kadrlar şöbəsi)

Tələb olunan sənədlər:

· Şəxsiyyət vəsiqəsi - əsli və surəti;

· Hərbi bilet - əsli və surəti;

· Attestat və ya diplom - əsli və surəti;

· Əmək kitabçası (əgər varsa) - əsli və surəti;

· 2 ədəd 3x4 ölçüdə rəngli şəkil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti