...

Dövlət Sosial Müdafiə Fondunun 22 əməkdaşı barədə intizam tədbirləri görülüb

Cəmiyyət Materials 29 Dekabr 2013 14:42 (UTC +04:00)
Fonddan Trend-ə verilən məlumata görə, 2013-cü ilə ərzində bu sahədəki vətəndaş müraciətlərinin araşdırılması nəticəsində əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş Fondun 22 nəfər işçisi barədə intizam tədbirləri görülüb.
Dövlət Sosial Müdafiə Fondunun 22 əməkdaşı barədə intizam tədbirləri görülüb

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarında çalışan dövlət qulluqçularının etik davranışı məsələləri barədə vətəndaş müraciətlərinin imkanlarının gücləndirilməsi məqsədilə daxil olmuş müraciətlərə operativ baxılması istiqamətində işlər davam edir, qanunvericiliyə uyğun araşdırma nəticələri üzrə tədbirlər görülür.

Fonddan Trend-ə verilən məlumata görə, 2013-cü ilə ərzində bu sahədəki vətəndaş müraciətlərinin araşdırılması nəticəsində əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş Fondun 22 nəfər işçisi barədə intizam tədbirləri görülüb.

Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq əmri ilə Fondun sədrinin, sədr müavinlərinin, aparatın rəhbərinin, şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub.

Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində "sual-cavab" bölməsi və Fondun Aparatında "Mərkəzləşdirilmiş Çağrı Sistemi" fəaliyyətini davam etdirir. Eyni zamanda elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlər kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınır və icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti