...

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Cəmiyyət Materials 30 Dekabr 2013 12:53 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2013-cü il dekabrın 31-də saat 00:00-da möhtəşəm atəşfəşanlıq təşkil edəcək.
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2013-cü il dekabrın 31-də saat 00:00-da möhtəşəm atəşfəşanlıq təşkil edəcək.

Trend-in məlumatına görə, BŞİH atəşfəşanlığı seyr etmək üçün şəhər sakinlərini Dənizkənarı Milli Parka dəvət edir.

Bakı Şəhər İcra Hakimiyyəti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, xalqımıza yeni-yeni uğurlar və nailiyyətlər arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti