...

Bayram günlərində Bakıda 22 nəfər dəm qazından zəhərlənib

Cəmiyyət Materials 2 Yanvar 2014 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bayram günlərində Bakıda 22 nəfər dəm qazından zəhərlənib, 1 nəfər isə ölüb. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) məlumat verilib.

Məlumata görə, dekabrın 31-də 13 nəfər dəm qazından zəhərlənib. Onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 50 yaşında bir kişi isə ölüb.

Yanvarın 1-də isə 9 nəfər dəm qazından zəhərlənib, onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Ölüm hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti