...

Azərbaycanda ötən ay 456 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilib

Cəmiyyət Materials 9 Yanvar 2014 11:44 (UTC +04:00)
Azərbaycanda ötən ay 456 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycanda ötən ay 456 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda ötən ay 456 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən trend-ə verilən məlumata görə, 2013-ci ilin dekabr ayı ərzində 2,720,633 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 246,553,979 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 688,210-dur.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şəmkir və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ötən ilin dekabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmadığından minadan zərərçəkən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti