...

20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüş keçirilib

Cəmiyyət Materials 17 Yanvar 2014 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüş keçirilib. Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib.

20 Yanvar hadisələrini xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən S.Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi olduğunu fikrini səsləndirib. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artıraraq Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini vurğuladı.

O, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 yanvar hadisələrinin səbəbləri və nəticələrinin daha dəqiq araşdırıldığını və müstəqil Azərbaycan Respublikasının 1994-cü ildə 20 Yanvar faciəsinə hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdiyini qeyd etdi.

Görüşün sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı S.Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onlara maddi və ərzaq yardımı göstərildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti