...

Azərbaycanda 2013-cü ildə ölənlərin 63 faizdən çoxu qan dövranı sistemi xəstəliklərindən vəfat edib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 Yanvar 2014 11:41 (UTC +04:00)
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüz, əsəb sistemi və hissiyat orqanlarının, həzm, qan dövranı sisteminin yolxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.
Azərbaycanda 2013-cü ildə ölənlərin 63 faizdən çoxu qan dövranı sistemi xəstəliklərindən vəfat edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 11:01-də yayılıb)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüz, əsəb sistemi və hissiyat orqanlarının, həzm, qan dövranı sisteminin yolxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.

Azərbaycanda ölənlərin ümumi sayına nisbətən ötən il qan dövranı sistemi xəstəliklərindən ölənlər 63,2 faiz, yenitörəmələrdən 11,8 faiz, həzm sistemi xəstəliklərindən 5,2 faiz, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 4,8 faiz, tənəffüz orqanları xəstəliklərindən 2,7 faiz, infeksion və parazitar xəstəliklərindən 1,2 faiz, digər səbəblərdən isə 11,1 faiz təşkil edib.

Ümumiyyətlə, ölkədə ölənlərin sayı əhalinin hər min nəfərinə hesabı ilə 2012-ci ilə nisbətən 2013-cü ildə 6,0-dan 5,8-ə qədər azalıb.

Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qara yara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.

Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti