...

Həftənin ilk iş günü Bakıda hava buludlu olacaq

Cəmiyyət Materials 26 Yanvar 2014 15:23 (UTC +04:00)
Yanvarın 27-də Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz olacaq.
Həftənin ilk iş günü Bakıda hava buludlu olacaq

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Yanvarın 27-də Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 1-3° isti, gündüz 6-9° isti təşkil edəcək.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Dağlarda temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti