Azərbaycan, Bakı, 27 yanvar /Trend/
Yerevanda qəzalı evin sakinləri yaxın günlərdə Rusiya səfirliyinə yürüş edərək pasportlarını təhvil verəcəklər.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, həmin sakinlərdən biri Lilit Koçaryan bildirib ki, şəhər meriyası mənzillərin bölüşdürülməsini düzgün aparmadığına görə, səfirlikdən sığınacaq istəmək qərara alınıb.
Xanım L.Koçaryan bildirib: "Növbəti addımımız ölkədən imtina etmək olacaq. Qoy insanların həyatları ilə oynayanlar biabır olsunlar. Binanın qəzalı vəziyyətində olmasına baxmayaraq, 2015-ci ilin may ayınadək gözləməyimizi tələb edirlər".